Həmasın Qəzzə zolağındakı lideri Misir-Qətər vasitəçilərinə göndərdiyi mesajda heç vaxt silahımızı yerə qoymacaq və bu mövzuda hər hansı bir razılaşmanı imzalamayacaqlarını vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Wall Street Journal yazıb: Yəhya Sinvar ərəb vasitəçilərə müharibə tam dayandırılarsa atəşkəs razılaşmasını qəbul edəcəyini deyib.
Wall Street Journalın məlumatına görə Sinvar prezident Co Baydenin 8 aydır sürən müharibəni dayandırmaq barədə təklifini dəyərləndirdikdən sonra bu mesajı göndərib.
Bundan əvvəl də Həmas liderlərindən olan Üsamə Həmdan da sionist rejimin qəti şəkildə müharibəni tam dayandırdıqdan sonra atəşkəs barədə qərara veriləcəyi barədə danışmışdı.