Minlərlə yəmənli bu gün (23 yanvar) Yəmənin şimal bölgəsi olan Səədədə İsveçdə Qurani Kərimə edilən hörmətsizliyə qarşı etiraz aksiyası keçirib.
Əl-Məsirə telekanalının məlumatına əsasən, yəmənli etirazçılar İsveçdə müqəddəslərə olan hörmətsizliyi müsəlmanları təhrik edən, nifrət hisslərini qızışdıran bu qəbuledilməz hərəkətləri, ərəb və islam ölkələrinin bu təhqirə susmalarını pisləyiblər.
Aksiya iştirakçıları “qəzəb, qəzəb, qəzəb… Quranın öz qoruyucuları var, zalım rüsvay olacaq”, “Quranı yandıranlar, sionist və Amerikadır”, “Quranı yandırmaq təcavüzkarlıqdır” və “Quran Allah kitabıdır, Allah düşmənləri Quranı yandırdılar” şüarlarını səsləndiriblər.
Bu xəbərə əsasən, Səədə icra başçısı aksiya iştirakçıları qarşısındakı çıxışında İsveçdə Qurana qarşı hörmətsizliyi pisləyərək deyib: bu təxribatçı hərəkət müsəlmanlara qarşı yönəlib, onların dəyərlərini təhqir edir və qorxunc səviyyəyə çatmış islamofobiya, nifrət, dözümsüzlük və ksenofobiyanın növbəti nümunəsidir.