Yəmən Ali Siyasi Şurasının üzvü Səudiyyə Ərəbistanının başçılığı ilə yaranmış koalisiyanın ölkəsinə vurduğu maddi-mənəvi ziyanlara işarə edərək deyib: Səudiyyə Ərəbistanı rəsmilərindən Səna-Riyaz razılaşmasına sadiq qalmalarını tələb edirik.
Təsnim İnformaisya Agentliyinin məlumatına əsasən, Yəmən müharibəsinin 9-cu ildönümü astanasında Sultan Əl Samei müharibənin uzadılmasını pisləyərək anti-humanist təcavüzkarlığa son qoyulması və bu siyasi böhranın tezliklə həll olunmasını istəyib.
Sultan Əl Samei deyib: Yəmənlilər bu 9 il ərzində ilahi yardımlar sayəsində tarixdə müşahidə olunmamış cürət və qəhrəmanlıq göstərib.
O, deyib: Müharibə başlanan gündən Yəmən xalqı Amerika, İngiltərə, sionist rejim kimi imperialistlər və onların muzdurları qarşısında cəsarətlə dayanıb və mümkünsüzlüyü mümkünə çevirdiyi üçün artıq onları diz çökdürməyə vadar edib.
Sultan Əl Samei vurğulayıb: Elə bu cəhətdən də artıq təcavüzkar ölkələr Yəmən müharibəsində fiyaskoya uğrayıb və dünya ictimaiyyətində onların saxta qüdrətlərini sual altına alıb. İndi hamı təəccüblərini gizlətmədən bu siyasi böhranın həll olunması üçün vasitəçilik yolları axtarır.