Yəmən Milli Nicat dövlətinin müdafiə naziri sionist düşmənə xitab olaraq bu ölkəyə müdaxilələrinin çox çəkməyəcəyini, sonunda bizim azad iradəmizi qəbul edəcəklərini deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Məhəmməd Nasir Əl-Atifi dünən (20 mart) çıxışında deyib: Bu ölkə düşmən qarşısında var gücü və qüdrəti ilə hər hansı müharibə mövqeyini sərf etməyə hazırdır.
Əl-Atifi həmçinin deyib: Təcavüzkar Səudiyyə-Əmirlik koalisiyasının bu mərhələni dərk etməsi lazımdır. Sionist düşməni isə müdaxilələrinin çox çəkməyəcəyinə əmin olsun və bizim azadlıqsevərlik iradəmizə qalib gələ bilməyəcək.
Müdafiə naziri daha sonra deyib: Sonunda sionistlər regiona hakim olmanın bir xülya olduğunu anlayacaqlar.
Qeyd edək ki, məlumatlı qaynaqların məlumatına əsasən, BƏƏ-nin sionist rejim hərbçiləri ilə sazişi əsasında Yəmənin Suktura adalarında hərbi bazalar inşa edilib.
Bu bazaların inşasında məqsəd, Fars Körfəzinin hər yerindən, Babulməndəb boğazından, həmçinin Afrika buynuzu və Ədən Körfəzi ilə yanaşı, Yəmənin cənubundan informasiya toplamaq və casusluqdur.
«Sukutra» adası Babulməndəb boğazına çıxan strateji bir bölgədə yerləşir.