QafqazTimes xəbər verir ki, hazırda Yəmənin cənubunda davam edən təhlükəli proseslər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın səkkiz illik təcavüz və işğalından sonra təcavüzkar ölkələrin bu ölkəyə qarşı planlarını üzə çıxarıb.
Yəmən Şurasının rəsmiləri bu fitnələrə cavab olaraq bu ölkələrinin təcavüzü və mühasirəsinin davam edəcəyi, həmçinin BƏƏ-nin Yəmənin ada və sahillərində fəaliyyətini davam etdirəcəyi təqdirdə BƏƏ-ni bombalayacaqları ilə hədələyiblər.
Yəmən parlamentinin sədr müavini Abduh Əlcundi deyib: Cənubda baş verənlər vəhdəti, suverenliyi və beynəlxalq gəmiçiliyi təhdid edən təhlükəli bir prosesdir.
Yəmən parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Yəhya Əl-Mehdi isə vurğulayıb ki, düşmənin Yəmənə qarşı təcavüzü yalnız qətiyyət və qüdrətlə Səudiyyə Ərəbistanı və BƏƏ-nin daxilindəki strateji hədəflərin bombalanması ilə bitə bilər.
Bu hadisələr Yəmən liderlərinin Vaşinqtonu ölkədəki sülhə əngəl törətdərək, Ər-Riyad və Əbu-Dabiyə Sənanın blokadasını gücləndirmək üçün təzyiq göstərməkdə ittiham etdiyi bir vaxta təsadüf edir.
Yəməndəki hadisələr təcavüzkar Səudiyyə koalisiyasının nəzarəti altında olan ərazilərdə vətəndaşların ümumi vəziyyətinin pisləşməsi ilə əlaqədar muzdlulara qarşı kütləvi nümayişlərin şahidi olduğu və minlərlə insanın Lahc əyalətinin Redfan bölgəsində nümayiş keçirdiyi bir vaxtda baş verir. Bundan əlavə Marib də İslah Partiyasına bağlı tayfalar və qüvvələr arasında aramsız qarşıdurmaların şahidi olur.
Maribdəki bəzi mənbələr son bir neçə gündə Übeydə qəbilələri ilə Əl-İslah qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində onlarla insanın həlak olduğunu açıqlayıb. Bu qəbilələr neft sərvətlərindən məhrum olduqları və Səudiyyə Ərəbistanının və ya Ər-Riyada bağlı hökumətin həmin ərazilərdəki böhranlara etinasız yanaşması səbəbindən neft obyektlərinə hücum edərək yanacaq tədarükü tələb edirlər.