Xırdalanda yaşayış binalarından birinin həyətində kütləvi dava olub.
Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, hadisə bir neçə nəfərin gecə saatlarında binanın həyətində avtomobillərində musiqiyə yüksək səs verməsi səbəbindən baş verib.
Binanın mühafizə əməkdaşı onlardan musiqinin səsini azaltmağı xahiş etsə də, içkili vəziyyətdə olan həmin şəxslər mübahisə etməyə başlayıblar. Bu zaman onların arasında kütləvi dava olub.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.
Nazirliyin Mətbuat Xidmətindən bildirildi ki, mübahisəni əks etdirən görüntülər aidiyyəti üzrə araşdırılır.
Qeyd edək ki, yayılan məlumatda binanın mühafizə işçilərinin işdən çıxarıldığı da qeyd olunub.