Həmas siyasi administrasiyasının katibi Əl Əqsa Tufanı əməliyyatının Fələstin dövlətinin azadlığı üçün real kulminasiya olduğunu deyib.
İRNA-nın məlumatına əsasən, Xalid Məşəl dünən gecə (26 iyun) Livanda etdiyi çıxışında deyib: Müqavimətin məğlubiyyətini gözləyənlərin real fiyaskosu Qəzzədə qələbəmizdən sonra məlum olacaq.
Xalid Məşəl çıxışında deyib: Fələstin müqaviməti heç bir hegemondan dəstək almadan müharibənin xərclərini təmin edir, şəhid verir. Amma bu zəhmətin qarşılığında azadlığı üçün vuruşaraq qələbəyə yaxınlaşır.
Məşəl həmçinin qeyd edib: Əl Əqsa Tufanı region vəziyyətini dəyişərək düşmənin bütün planlarını puça çevirdi. Əslində bu əməliyyat Fələstin məsələsini bətalətdən çıxararaq bütün dünyaya müsbət şok verdi.