Rusiya Federasiyasının Xabarovsk diyarında Federal Təhlükəsizlik Xidməti bir ton yarım mamont dişi ələ keçirib.
Məlumata görə, dişlər yeraltı anbarda tapılıb və sahiblərinin heç bir müvafiq sənədi yoxdur.
Qeyd edək ki, mamont dişlərinin təxmini dəyəri 50 milyon rubldan (təxminən 943 min AZN) çoxdur.
Faktla bağlı araşdırma aparılır.