Rusiyada tikintidə baş verən qorxunc hadisənin görüntüləri yayılıb. Kadrlarda inşaat yerində kranın aşması əks olunub. Hadisə nəticəsində kranın içindəki sürücü faciəli şəkildə həyatını itirib.
Maraqlıdır ki, ölən kişi orada işləmirmiş, bir il əvvəl çıxıb. Bu gün isə xəstələnən dostunun xahişi ilə onu əvəzləməyə yollanıbmış.
Hadisə Ulan-Ude şəhərində baş verib.
İlkin məlumatlara görə, qəzaya relslər üzərində əks-diyircəkli dayaqların olmaması səbəb olub. Hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması maddəsi ilə cinayət işi açılıb.