“WhatsApp” messencerinə daha bir maraqlı yenilik gəlib. Belə ki, artıq hətta internet kəsilərkən və ya proqram bloklandıqda belə mesaj göndərmə imkanı var.
Belə ki, tərtibatçılar dövlət tənzimləyiciləri tərəfindən “WhatsApp”ın qadağan olunduğu ölkələrdə istifadəsi üçün proksi server dəstəyi əlavə ediblər.
“WhatsApp” kimi proksi serverlərlə əlaqə də yüksək məxfilik və təhlükəsizliyi təmin edir. Şəxsi mesajlarınız “başdan-sona” (“end-to-end”) şifrələmə funksiyası ilə qorunacaq. Bu isə ismarışların yalnız şəxs və ünsiyyət qurduğu istifadəçi üçün əlçatan olmasını təmin edir. Onları başqa heç kim görməyəcək – nə proksi serverlərin sahibləri, nə yad şəxslər, nə “WhatsApp”, nə də Meta işçiləri”, – deyə tətbiqin bloqunda bildirilib.
Proksi-server vasitəsilə yeni opsiya “WhatsApp” proqramının “iOS” və “Android” üçün ən son versiyasını quraşdırmış bütün istifadəçilər üçün əlçatandır .
“Android” və “iOS” cihazlarında proksi server vasitəsilə əlaqəni aktivləşdirmək üçün “WhatsApp” parametrlərində “Məlumat və yaddaş” bölməsində “Proksi serverdən istifadə et” seçimini etmək və proksi server ünvanını daxil etməlidirlər.
Qeyd edək ki, bu funksiya İranın yerli hökumətinin keçən il insan hüquqlarının pozulması xəbərlərini paylaşmaq üçün istifadə edilən həm “WhatsApp”, həm də “Instagram”a girişi bloklaması ilə əlaqədar yaradılıb.
“WhatsApp”dan təssssüflə bildirilib ki, bu kimi hallar hələ də dünyanın bir çox yerində baş verir, şirkət bu internet kəsilmələrinin heç vaxt baş verməməsi üçün çalışır.
“WhatsApp” həmçinin dostları və ailəsi üçün öz proksi serverini yaratmaqda maraqlı olan istifadəçilər üçün bələdçi təqdim edib.
1 şərh
1xbet промокод при регистрации на 32500 руб. Click Here:👉 https://www.medtronik.ru/images/pages/bonus_kod_na_1xbet_pri_registracii_6500_rubley.html