Azərbaycanda “WhatsApp” tətbiqinin işində problem qismən aradan qalxıb.
Tətbiqin işindəki nöqsanlar qismən azalıb.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:15-də Azərbaycanda və bir sıra ölkələrdə “WhatsApp” messencer tətbiqində da problem yaranmışdı. Problemin qlobal xarakter daşıdığı bildirilirdi. Qeyd edilirdi ki, artıq bir neçə dəqiqədir, tətbiqin fəaliyyətində problemlər müşahidə edilir.
Öz növbəsində dünyanın məşhur sosial şəbəkələrini, messencer tətbiqlərinin fəaliyyətini izləyən “Downdetector” xidməti də “WhatsApp” messencer tətbiqinin fəaliyyətində problemlərin yarandığını bildirib.
ABŞ, Rumıniya, Qətər, Meksika, Kanada, Belçika, Salvador, İsveçrə, İtaliya, İsveç və digər ölkələrdən olan istifadəçilər messencer tətbiqinin fəaliyyətindən şikayət ediblər.
Qeyd edək ki, “WhatsApp” messencer tətbiqi 2009-cu ildə ABŞ-da yaradılıb. Tətbiq Amerika Birləşmiş Ştatlarının texnoloji konqlomeratı “Meta Platforms”a məxsus pulsuz proqram təminatı, çarpaz platforma, mərkəzləşdirilmiş ani mesajlaşma və IP üzərindən səsli xidmətdir.
09:34
Dünyanın ən populyar mesencerlərindən olan “WhatsApp”ın işində problemlər yaranıb.
Məlumata görə, mövcud texniki nasazlıqlar qlobal xarakter daşıyır.
Bildirilir ki, hazırda dünyanın bir çox ölkələrindən olan istifadəçilər öz hesablarına qoşulmaqda və sadə yazışmaları belə həyata keçirməkdə çətinlik çəkirlər.