Wall Street Journal əsir mübadiləsi zamanı Həmasın İsraili alçaltdığından xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Wall Street Journal bu gün (1 fevral) yazıb: Həmas Həmasın çox sayda qüvvələri olduğu bir halda girov mübadiləsini bir növ İsraili alçaltmaq mərasiminə çevirib və bütün dünyaya Qəzzə zolağında hakimiyyətinin olduğu kimi qaldığını çatdırmaq istəyir.
Wall Street Journal həmçinin yazır: Həmasın bu rəftarı elə atəşkəs və girov mübadiləsi razılaşmasının ilk mərhələsindən başlayıb. Onların çoxlu sayda hərbi qüvvələrinin olduğu bu prosesdə israilli əsir qadınlar BQXK nümayəndələrinə təhvil verildiyi zaman daha çox nəzərə çarpır. Həmas hər dəfə əsir azad etdiyi zaman bu prosesi çox mürəkkəb bir hadisə kimi qələmə verərək düşmənlərini təhqir etmək məqsədini güdür.