İyulun 2-nə qədər Həmasın ixtiyarında olan 6 sionist girovun öldürülməsi ilə Netanyahuya göstərilən təzyiqlər daha da artıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Wala News portalı dünən axşam (1 sentyabr) yazıb: Netanyahu bu müddət ərzində Həmasın ixtiyarında olan israilli girovlar barədə razılığa gəlmək istəmədiyini kifayət qədər nümayiş etdirdi. Elə ona görə də 7 oktyabr hadisələri barədə qanun qarşısında cavabdehdir. Biz hamımız qalan girovların da azad edilməyəcəyinə əminik.
Portal daha sonra yazır: Netanyahu cənabları sizin təsəvvür etdiyinizin əksinə olaraq, hərbi təzyiqlə girovları qaytara bilməyəcək. Əksinə, onların ölümünə səbəb olacaq. Bu şənbə-bazar tətili 7 oktyabrdan bəri İsrail üçün ən ağır tətil günü idi. Çünki pərdələr qalxdı, bütün həqiqətlər üzə çıxdı və Netanyahu kabinetinin qalan 100 girovu qaytarmaq məqsədi olmadığı yalanı üzə çıxdı.