Vaşinqtonda (ABŞ) bayram üçün bəzədilmiş əsas Milad ağacı Yeni il ərəfəsində keçirilən xüsusi mərasimdən bir gün əvvəl aşıb.
Məlumata görə, ABŞ Prezidenti Co Bayden Yeni il ağacının işıqlarını noyabrın 30-da təntənəli şəkildə yandırmalı idi. Ancaq Milli Park Xidməti ağacın xilas edilməsinin mümkünlüyünə əmin olmadığından və ağacın vəziyyəti hələ də qiymətləndirilmədiyindən mərasimin keçirilməsi şübhə altındadır.
Ağacın aşmasına səbəb kimi güclü külək göstərilir.
Amerikalı siyasətçilər, ekspertlər, bir sıra ictimai xadimlər Milad ağacının yıxılmasını metafora adlandırıblar.
“Milli Milad ağacı yıxılır. Co Baydenin prezidentliyinin mükəmməl təsviri”, – deyə Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin “X” sosial media hesabında şərh edilib.
Tok-şou aparıcısı Benni Conson isə ağacın yıxılmasını “çox yerində hərəkət” adlandırıb.
Bəzi istifadəçilər isə ağacın aşmasını Baydenin tez-tez müvazinətini itirməsi və yıxılması ilə müqayisə ediblər.