Vaşinqtonda Nikbət Günü aksiyasında yüzlərlə vətəndaş sionist rejimin Fələstinə qarşı törətdiyi cinayətlər və 75 il əvvəlki soyqırımına etiraz ediblər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ibri dilli Mearyo qəzeti dünənki (15 may) sayında yazıb: Bu aksiyada hətta müsəlmanlardan başqa İsrail müxalifləri olan yəhudilər də iştirak edərək sionist rejimə qarşı şüarlar səsləndiriblər.
Amerikanın paytaxtında keçirilən bu aksiyada Fələstinə dəstək təşkilatının nümayəndələri və Vaşinqton universitetlərinin tələbələri də iştirak ediblər.
ABŞ yəhudilərindən olan Enron Liberman bu aksiyada deyib: Biz İsrail dövlətinin mövcudluğunu qəbul etmirik. Nyu-Yorkda yaşayırıq və sionist və İsrail himayədarlarının təzyiqlərinə məruz qalırıq. Amerikanın harasına gediriksə-gedək, bu təzyiqlər bizimlədir və biz İsrail dövlətinin qurulmasına olan müalifətimizi elan edə bilmirik.