QafqazTimes xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Vaşinqtonun Təl-Əvivə tam dəstəyini nümayiş etdirərək, 2022-ci ilin büdcəsində Amerika vergi ödəyicilərinin cibindən sionist rejimə geniş maliyyə yardımı ənənəsini davam etdiriblər.
İşğal olunmuş Fələstindəki media mənbələri ABŞ-ın sionist rejiminə geniş miqyaslı maliyyə yardımı üçün ayrılmış büdcənin təsdiqindən xəbər veriblər. Bu məlumatlara görə, ABŞ Nümayəndələr Palatası 2022-ci il büdcəsinin müzakirəsi sessiyasında Vaşinqtonun “Dəmir Qübbə” sisteminin maliyyələşdirilməsi üçün 1,5 milyard dollarlıq maliyyə yardımını təsdiqləyiblər.
Yedioth Ahronoth və Haaretz qəzetlərinin məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü 2022-ci il üçün təklif olunan büdcəni təsdiqləyiblər. Qeyd olunan layihə 2741 səhifədən ibarətdir ki, onun bir hissəsi sionist rejimin Dəmir Qübbə sistemi üçün fövqəladə büdcənin ayrılmasına şamil olunur.
Yedioth Ahronoth həmçinin xəbər verib ki, ABŞ Nümayəndələr Palatası Dəmir Qübbə sistemi üçün 1,5 milyard dollar ayırmaqla yanaşı, sionist rejimə illik 3,8 milyard dollarlıq təhlükəsizlik yardımını da təsdiqləyiblər. Dövlət vəsaitlərinin və xərclərinin təsdiqi ABŞ Nümayəndələr Palatasının müstəsna səlahiyyətindədir.