Belçikanın “Serkl Brügge” klubunun qapıçısı Migel Van Damm ölüb.
5 ildir leykemiya ilə mübarizə aparan qolkiper 28 yaşında vəfat edib.
Onun ölümünü həyat yoldaşı da təsdiqləyib. Ötən ilin mayında onların qızı dünyaya gəlib.
Migelin xəstəliyi 2016-cı ildə üzə çıxıb. 2019-cu ilin əvvəlində sağalan idmançı məşqləri bərpa edib. Lakin həmin ilin yayında xəstəlik yenidən özünü büruzə verib.