Fələstin İslami müqavimət Hərəkatı (Həmas) BMT baş katibi Antonio Guttereşin müqavimət barədə bəyanatına etiraz olaraq “vəhşilik və terrorizm” İsrailə aid olan xüsusiyyət olduğunu bildirib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bir neçə gün öncə BMT baş katibi fələstinlilərin vəhşi olduğunu deməsi Həmasın hiddətli bəyanatı ilə reaksiyaya səbəb olub. bəyanatda deyilir: Bu xüsusiyyət heç bir vəchlə öz qanuni hüquqlarını müdafiə edən bir xalqa nisbət verilməməlidir.
Fələstin xalqı beynəlxalq qanunlar çərçivəsində öz təbii haqqını tələb edir, öz torpaqlarından işğalçıları təmizləyənə qədər haqqından vaz keçməyəcək, yəhudiləşmə siyasətinin zorbası altında əzilməyəcək – deyilir.
Bəyanatın davamında qeyd edilir: Vəhşilik və terrorizm sırf cinayətkar sionist rejim və yəhudi qəsəbə sakinlərinə nisbət veriləcək bir xüsusiyyətdir.