Minik avtomobilinin sürücüsü sərnişindaşıma qaydalarını kobud şəkildə pozub.
Bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.
VAZ-21011 markalı avtomobilin sürücüsü üç yeniyetməni maşının baqajına mindirib. Bununla da onların həyatını riskə atıb.
Görüntülərdə azyaşlıların təhlükəsizlik qaydaları nəzərə alınmadan törədilən bu əməldən olduqca əyləndikləri diqqətə çarpır.