BMT Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzada müharibə nəticəsində minimum 1,9 milyon insan evlərindən didərgin düşüb və müvəqqəti sığınacaqlarda yaşamaq məcburiyyətində qalıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Agentlik bugünkü (24 yanvar) açıqlamasında Qəzza zolağında yaşayan 14500 uşağın son müharibədə həlak olduğunu açıqlayıb.
Qəzza zolağında infrastrukturun bərpası, normal həyat və psixoloji travmanın sağalması illər çəkəcək.
UNRWA həmçinin son müharibə zamanı Qəzza zolağında 660 min uşağın təhsildən məhrum olduğunu açıqlayıb.
Qəzza zolağında məktəblərin 88 faizi zərər görüb.