Ukraynanın 2-ci liqasında mübarizə aparan “Qostomel” klubunun futbolçusu Dmitri Martinenko Rusiyanın hücumu zamanı həlak olub.
25 yaşlı oyunçunun anası ilə birgə Kiyevdəki yaşadığı evə mərmi düşüb. Hadisə nəticəsində hər ikisi dünyasını dəyişib.
Qeyd edək ki, Martinenko çempionatın ən yaxşı futbolçusu və bombardiri seçilmişdi.