Ukraynadakı müharibə nəticəsində Enerqodardakı Zaporojye atom elektrik stansiyasında yanğın baş verib.
AES-ə edilən hücumdan dərhal sonra Ukraynan Prezidenti Volodimir Zelenski dünya liderlərinə müraciət edib.
Zelenski xəbərdarlıq edib ki, bu cür hücumlar Çernobıl faciəsinin təkrarı ilə yekunlaşa bilər: “Avropa indi oyanmalıdır! Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yanır və Rusiya tankları nüvə bölmələrini atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni hara atəş açdıqlarını bilirlər. Onlar buna hazırlaşırdılar. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”.