Ukraynadakı müharibədə günəbaxan yağı ixrac edən şirkətin məhsul saxlanılan çənlərinə zərbələr endirilib.
Nikolayev vilayətində günəbaxan yağı istehsal edən zavodun terminalı atəşə tutulub.
Nəticədə günəbaxan yağının saxlandığı çənlər zədələnib.
Bu barədə Nikolayev Vilayət Hərbi İdarəsinin mətbuat katibi Dmitri Pletençuk öz sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, bu məhsulların dünya ixracının 17%-i Nikolayev terminalından keçir.
Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim də günəbaxan yağı çənlərinə hücumu təsdiqləyib.
Yerli KİV-lərin məlumatına görə, çənlərə raket zərbələrindən sonra Nikolayevin bəzi küçələrindən günəbaxan yağı axır.