Avropa Futbol Assosiasiyaları Assosiasiyası (UEFA) azarkeşlərin tribunada Fələstin bayrağını nümayiş etdirdiyi üçün Şotlandiyanın “Seltik” komandasına qarşı intizam işi açıb.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, noyabrın 1-də “Seltik” matçlar zamanı stadionlarda dəfələrlə Fələstin bayraqlarını nümayiş etdirdikdən sonra özlərini “Yaşıl Briqada” adlandıran böyük bir azarkeş qrupunun matçlara gəlməsini qadağan edib. Bu əsasda klub rəhbərliyi ilə azarkeşlər arasında ən böyük qalmaqal oktyabrın 25-də Çempionlar Liqasının qrup mərhələsinin İspaniyanın “Atletiko Madrid” klubu ilə ev oyununda (2:2) qeydə alınıb.