Sionist rejim nazirinin Fələstinin Həvvarə kəndini tamamilə məhv etmək haqda çıxışı üç ərəb ölkəsinin etirazına səbəb olub.
Mehr İnformasiya Agentliyinin Russia Alyovma istinadən verdiyi məlumatına əsasən, Misirin xarici işlər nazirliyi sionist rejimin Həvvarə kəndini yerlə-yeksan etməsi barədə işğalçı rejim qərarını pisləyən bəyanat yayıb.
Bəyanatda deyilir: Təhlükəli qıcıqlandırma qəbulolunmazdır. Bu həm qanuni, həm də etik dəyərlər baxımından absurd və bir dövlət rəsmisinə layiq olmayan rəftardır.
İordaniyanın XİN sözçüsü Senan Macali də bu barədə deyib: İnsanların emosiyalarını qıcıqlandıran sözlər danışıb onları kobudluğa dəvət etmək beynəlxalq qanunların ziddinədir. İordaniya hökuməti vəziyyətin gərginləşməsinə son qoymaq, sülhsevər siyasi bir atmosfer yaratmaq, iki dövlət arasında sülhsevər danışıqlar aparılması istiqamətində əlindən gələni əsirgəməyəcək.
BƏƏ də bu xüsusda yaydığı bəyanatda deyir: Ərəb əmirlikləri İsrail vergi nazirinin irqçi nəzərləri insanlıq və etikaya ziddir.
Qeyd edək ki, sionist İsrail rejimi vergi naziri “Fələstinlilərin Həvvarə kəndi yerlə-yeksan olunmalıdır. Məncə İsrail dövlətinin bunu hökmən etməsi lazımdır” deyib.
