Türkmənistanın Qaraqum səhrasındakı Darvaza qaz krateri 50 ildən artıqdır yanır və ölkənin əsas görməli yerləri siyahısına daxildir.
Lakin “Qaraqum parıltısı” adı ilə də tanınan məşhur “Cəhənnəm darvazaları” birdəfəlik “bağlana” bilər. Belə ki, “Cəhənnəm qapıları”nın söndürülməsi üçün xüsusi üsul işlənib hazırlanıb.
Alimlər onun söndürülməsi üçün qəza şaxtasına qaz axınının məhdudlaşdırılmasını nəzərdən keçirirlər.
“Türkmənistan Darvaza kraterində emissiyaların idarə edilməsində çox böyük irəliləyiş əldə edib. Nəticədə, məhz bu üsul kraterə doğru hərəkət edəcək qaz axınının qurumasına gətirib çıxaracaq. Biz sadəcə olaraq bütün bu qazı götürəcəyik, mövcud quyulardan istifadə edərək bütün qaz ehtiyatlarını götürəcəyik”, – deyə “Türkmənqaz” Dövlət Konserninin Təbii Qaz Elmi-Tədqiqat İnstitutundan bildirilib.
Qeyd edək ki, hazırda yanan kraterin söndürülməsi prosesinə artıq başlanılıb və “Cəhənnəm darvazaları”ndan metan emissiyasının azaldılmasına nail olunub.
Krateri qaz təchizatından məhrum edərək tamamilə söndürmək üçün nə qədər vaxtın lazım olacağı ilə bağlı isə məlumat verilmir.
1 şərh
ga5r0a