Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib.
Şəhərin Kaş rayonunun Kınık məhəlləsində iki qonşu arasında itin öldürülməsi üstündə mübahisə yaranıb. Orhan S. adlı sakin itini öldürdüyü Şaban T. ilə mübahisə etməyə başlayıb və daha sonra mübahisə davaya çevrilib.
Bu zaman Şaban Orhanı kəndirlə maşınının arxasına bağlayıb və məhəllədə sürükləyib. Baş verənlər qonşular tərəfindən lentə alınıb.
Hadisə yerinə gələn jandarmlar Şabanı polis bölməsinə aparıblar. Orhan isə xəstəxanaya yerləşdirilib.