QafqazTimes xəbər verir ki, Ərəb mediası Rəcəb Tayyib Ərdoğanın partiyasında böyük parçalanma və rəqib partiyalara qoşulması barədə xəbərlər yayır, hakim partiyaya yaxın media isə bunu təkzib edir.
Səudiyyə Ərəbistanının “Əl-Məvatin” qəzeti və bir sıra digər ərəb mediası Ədalət və İnkişaf Partiyasının mindən çox üzvünün partiyadan istefa verərək Ümmət seçki koalisiyasını yaradan partiyalardan biri olan Meral Akşenərin rəhbərlik etdiyi rəqib partiyaya qoşulduğunu bildirib.
Əksəriyyəti Səudiyyə Ərəbistanından olan medialar Ədalət və İnkişaf Partiyasının 1071 üzvünün partiyadan istefa verərək rəqib partiya olan “Yaxşı Partiya”ya qoşulduğunu iddia edib.
Əl-Məvatin xəbər verir ki, AKP-yə yaxın media bu cür istefaların olduğunu inkar edir, Yaxşı Partiyanın liderləri isə bu məlumatı təsdiqləyərək virtual şəbəkələrdə yayımlayır.
Yaxşı partiyanın lideri Meral Akşenər də Twitter hesabında bu məsələni təsdiqləyən tvit yazıb.
Bu medialar Türkiyənin müxalifət partiyalarındakı məlumatlı mənbələrə istinadən yazır ki, Türkiyənin hakim partiyasında istefalar artıb, lakin hakim partiyadan ayrılan üzvlər qisas qorxusundan bunu ictimailəşdirmək istəmirlər.