Türkiyənin İstanbul şəhərində sosial şəbəkələrdə ədəbsiz videolar paylaşdıqları, qeyri-etik canlı yayımlar etdikləri və pornoqrafik məzmunlu söhbətlər etdikləri ittihamı ilə beşi qadın olmaqla altı nəfər saxlanılıb.
İstanbulda Asayiş Şöbə Müdirliyi və Əxlaq Bürosu qrupları tərəfindən “TikTok” və “X” (keçmiş “Twitter”) sosial şəbəkələrində ədəbsiz məzmunlu canlı yayımlar edən və digər hesablar vasitəsilə pornoqrafik videolar paylaşan şübhəlilərə qarşı əməliyyat keçirilib.
Əməliyyat zamanı canlı yayımda əxlaqsız ifadələr işlətdiyi məlum olan şübhəlilərin ünvanlarına basqın edilib və saxlanılaraq Asayiş Şöbə Müdirliyinə gətiriliblər. Barələrində Türkiyə Cinayət Məcəlləsinin 226-cı (ədəbsizlik) maddəsi üzrə prosedurlar həyata keçirilən şübhəlilərdən dördü prokurorluğa aparılıb. Daha sonra onlardan ikisi ifadələri alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, daha əvvəl sosial media hesabından pul qarşılığında ədəbsiz məzmunlu canlı yayım edərək bir saatda 100 min Türkiyə lirəsi (təxminən 5 800 manat) topladığı iddia edilən 35 yaşlı qadın da saxlanılıb və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
3 şərhlər
Heya are using WordPress for your blog platform? I’m new to the blog
world but I’m trying to get started and set up my own. Do you require any coding
expertise to make your own blog? Any help would be really appreciated!
Hello there, You have done a fantastic job. I’ll certainly digg it and personally suggest to
my friends. I am sure they’ll be benefited from this web site.
Hi there to every one, as I am in fact eager of reading this blog’s post to be updated regularly.
It includes good data.