İstanbulda Rusiya bayrağı altında üzən balıqçı gəmisi yanıb.
Məlumata görə, yanğın şəhərin şərqindəki Tuzla rayonundakı gəmiqayırma zavodunda təmir olunan 120 metr uzunluğunda gəmidə baş verib.
Bildirilir ki, gəmidəki yanğını görən işçilər vəziyyəti yanğınsöndürmə briqadasına çatdırıblar.
Gəmidə olan balıq emalı müəssisəsinin işçiləri təxliyə edilib.