Türkiyədə məktəblərdən birinin “Məzun günü”ndə faciə baş verib.
İstanbulun Cemal Reşit Rey konsert zalında keçirilən mərasimdə foto çəkilərkən rəqəmsal reklam lövhəsi aşıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qüvvələri cəlb ediliblər.
Yaralanan altı nəfər təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.




