Ankaranın Çankaya rayonunun Birlik məhəlləsində 45 yaşlı Kərim Yücel evində sosial media hesabından canlı yayım edərək əlindəki silahı gicgahına dirəyib.
Tətiyi səhvən çəkən və içkili olduğu düşünülən Yücel tapançadan açılan atəş zamanı başından güllə yarası alıb.
Xəstəxanaya çatdırılan və reanimasiya şöbəsində müşahidə altına alınan kişini xilas etmək mümkün olmayıb.
Kuryer işlədiyi bildirilən Yücelin cənazəsi sabah Karşıyaka qəbiristanlığında torpağa tapşırılacaq.