Bir neçə gün davam edən əlverişsiz hava şəraiti səbəbindən artıq beşinci yük gəmisi Türkiyədə saya oturub.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib.
Bildirilir ki, Palau bayrağı altında üzən “FR Pearl” yük gəmisi şiddətli fırtına səbəbindən Gürcüstanla sərhəd yaxınlığındakı Hopa limanı yaxınlığında quruya çıxıb.
Bildirilir ki, xilasedicilər altısı türkiyəli, beşi azərbaycanlı və ikisi indoneziyalı olmaqla, 13 nəfərdən ibarət ekipajın təxliyəsi üçün işə başlayıb.
Məlumata görə, gəmi Gürcüstanın Poti limanından çıxıb.
Qeyd edək ki, bu səhərdən bəri ikinci belə fövqəladə haldır. Bundan əvvəl Türkiyənin Kastamonu şəhərinin İnebolu rayonunda Kamboca bayrağı altında üzən quru yük gəmisi – “Vamos” sahilə çırpılıb.
Məlumata görə, hadisənin səbəbi fırtına olub.
AFAD sahil mühafizəsi və xilasetmə qrupları qapalı vəziyyətdə qalan gəmidə olan 2-si türk olan 11 nəfərlik heyətin xilas edilməsi üçün işlərə başlayıb. Komandalar yanğından xilasetmə nərdivanının köməyi ilə altı ekipaj üzvünü xilas edib. Kəndirlə dənizə tullanaraq sağ qalan bir nəfər işçi təcili yardım qrupları tərəfindən xəstəxanaya aparılıb.
Dənizin çox dalğalı olması səbəbindən gəminin titrəməsi nəticəsində yanğınsöndürənlərin nərdivanı zədələndiyi üçün xilasetmə işləri hələ ki, dayandırılıb.
Yeni yanğınsöndürmə maşınının Kastamonudan gəlməsinin gözlənildiyi qeyd olunur.