QafqazTimes xəbər verir ki, Suriyanın şimal-qərbindəki yerli mənbələr Türkiyə ordusunun “Təhriruş-Şam” terrorçuları ilə əməkdaşlıq etdiyini bildiriblər. “Cəbhət ən-Nusra” terror qruplaşması bu koalisiyanın əsas sütunudur.
Əl-Məyadin xəbər telekanalı bu mənbələrə istinadən xəbər verib ki, bu yaxınlarda Təhriruş-Şam terrorçuları ilə türk zabitləri arasında silah alqı-satqısı əməliyyatı keçirilib.
Bu mənbələrə görə, terrorçuların türk hərbçilərindən silah alması ilk dəfə deyil, sadəcə bu dəfə məsələnin üstü açılıb. Çünki bu son müamilədə “Əl-Məstumə” düşərgəsindən bir neçə yük maşını xaric olub.
Mənbələrin bildirdiyinə görə, Türkiyə hərbçiləri düşərgəni öz hərbi bazası kimi istifadə edir. Yük maşınlarının üzərində isə Təhriruş-Şam bayraqları olub və onlar düşərgəni tərk edərək İdlib şəhərinə istiqamət alıblar.
Bu mənbələrin məlumatına görə, həmin yük maşınlarından bir neçə qutu sursat boşaldılan zaman terrorçuların Türkiyə hərbçilərindən silah aldıqları aşkar olub.
