Türkiyənin Portuqaliyadakı səfiri Murat Karagöz vəfat edib.
Məlumata görə, Muğlanın Fethiye mahalının Faralya körfəzində dənizə girən Murat Karagöz çimərkən infarkt keçirib.
Dəniz səthində hərəkətsiz qalan səfiri görən dostları təcili tibbi yardım qruplarına məlumat verərək səfiri sahilə çıxarıblar. Tibb qrupları tərəfindən ürək masajı edilən səfir Karagöz təcili yardımla Fəthiyədə xüsusi xəstəxanaya aparılıb.
Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, səfir həyatını itirib.
Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Murat Karagözün vəfatı ilə əlaqədar sosial şəbəkə hesabında səfirin ailəsinə və yaxınlarına başsağlığı verib.
2 şərhlər
промокод при регистрации 1xbet на сегодня
промокод 1хбет