QafqazTimes.com Azadlıq-a istinadən xəbər verir: Yerevan-İstanbul aviareyslərinə start verilib. Bəli, siyasətçilər istəyəndə bir il qabaq silahla qarşılananlar bu gün gül-çiçəklə qarşılanır. Yəqin ki, zaman keçdikcə gediş-gələcək artacaq. Ermənistan və Türkiyənin hava şirkətləri hər iki tərəfə həftədə iki, apreldən isə üç dəfə birbaşa reys həyata keçirəcəklər. Siyasətçilərin dil tapması xalqlara da faydalı olacaqmı? Bunu gələcək göstərər.