Türkiyə Cənubi Afrika Respublikasının sionist rejim barədə Haaqa məhkəməsinə şikayətini rəsmi surətdə dəstəklədiyini elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, rəsmi Ankara CAR-ın dekabrın 29-da İsrailin 7 oktyabrdan bu yana Qəzzada törətdiyi hərəkətlərlə bağlı BMT-nin “Soyqırımın qarşısının alınması və cəzalandırılması”na dair 1948-ci il konvensiyasını pozduğunu əsas gətirərək Beynəlxalq Ədliyyə Məhkəməsində iddia qaldıraraq və İsrail üçün tədbir görmək qərarı tələbini dəstəklədiyini elan edib.
Türkiyə XİN sözçüsü Öncü Keçeli rəsmi bəyanatı elan edərək deyib: Rəsmi Ankara CAR-ın sionist rejim barədə Haaqa məhkəməsinə şikayətini dəstəkləməklə bərabər beynəlxalq məhkəmədən müvəqqəti də olsa Qəzzəyə hücumlarını dayandırmasını tələb etməlidir.
Xatırladaq ki, yanvarın 11-12 tarixlərində Hollandiyanın Haaqa şəhərində Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı qaldırdığı “Soyqırım işi”nin ilk iclası keçiriləcək. Bu barədə Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyinin sözçüsü Kleyson Monyela sosial media platformasında verdiyi açıqlamada bildirib.
Müraciətdə deyilir: “İsrailin hərəkətləri konkret soyqırım niyyəti ilə törədilən soyqırım hadisələridir. Bu hərəkətlər “Qəzzada fələstinliləri məhv etmək” məqsədi daşıyır”.