Türkiyə Kubokunda oynanılan “Qaziantep”-“Fənərbağça” matçının şərhi zamanı “A Spor”un müxbiri Onur Yıldız canlı yayımda olduğuna əhəmiyyət vermədən siqaret çəkib.
Qalmaqallı vəziyyətin efirə getməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və istifadəçilər tərəfindən çoxsaylı müzakirələrə səbəb olub.
Qalmaqal o qədər böyüyüb ki, oyundan sonra Onur Yıldız açıqlama vermək məcburiyyətində qalıb. O, görüntülərin kanaldakı canlı yayımdan olmadığını vurğulayıb.
“Beynəlxalq yayım üçün verilən peyk tezliyində qeyri-qanuni olaraq qeydə alınıb və efirdən kənar görüntüdür. “A Spor” izləyənlər heç vaxt yayımda belə görüntünün şahidi olmayıblar”, – deyə diktor vurğulayıb.