QafqazTimes.com İnterfax-a istinadən xəbər verir: Kremlin mətbuat-katibi Dmitri Peskov Rusiyanın da ərazisinin türk ərazisi kimi göstərildiyi xəritəyə şərh verib. Xəritəni siyasətçi Baxçalı Ərdoğana hədiyyə verib. Peskov xəritədə bir çox xarici dövlət ərazilərinin türk torpağı kimi göstərilməsini yox, türk birliyini normal dəyərləndirib. Amma qeyd edib ki, kaş xəritədə türk dünyasının paytaxtı böyük qırmızı ulduzla göstəriləydi. Peskov Rüsuya ərazisində Altayın türk dünyasının paytaxtı olduğunu əlavə edib. O, Rossia 1 telekanalına müsahibəsində bu sözləri dilə gətirib. Xəritədə Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan qırmızı, türk dünyasına aid edilən Rusiya və İran ərazisi çəhrayı rəngdə verilib.
Türk dünyasının mərkəzi haradır?
Əvvəlki yazı