BMT-nin bu günkü iclasında fələstinli nümyəndənin çıxışı zamanı Təhlükəsizlik Şurasının sədri göz yaşlarını gizlədə bilməyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Fələstin nümyəndəsi Riyaz Mənusr bu gün (19 aprel) BMT-də ölkəsinin daimi nümayəndəlik məsələsinə baxılan iclasda çıxış edərək deyib: Fələstin xalqı hələ insanlığını itirməyib və dünyada olan digər xalqlar kimi yaşamaq istəyir. Bu sözləri eşidən TŞ sədri göz yaşları axıdıb.
Maraqlısı budur ki, bu sözləri eşidən sionist rejim nümayəndəsi etinasızlıqla başının qarışıq olduğunu nümayiş etdirməyə çalışıb.
Qeyd edək ki, Fələstinin BMT-yə daimi nümayəndəlik istəyi barədə keçirilən bu iclasda 12 ölkənin əleyhinə səs verib və Amerika bu mövzuda veto hüququndan istifadə edib.