Nyu-Yorkda Donald Tramp qülləsinin qarşısında fələstinli tələbənin həbsinə etiraz edən yüzlərlə insanın iştirak etdiyi aksiyada 98 nəfər saxlanılıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Fələstin tərəfdarı etirazlara rəhbərlik edən və HƏMAS tərəfdarı fikirlərinə görə həbs və deportasiya təhlükəsi ilə üzləşən Mahmud Xəlilin haqqında verilmiş qərara etiraz edən aksiyaçılar “Tələbələrlə deyil, nasistlərlə vuruşun” şüarları səsləndiriblər.
Qeyd edək ki, Greenkartla ABŞ-da yaşayan Kolumbiya Universiteti məzunu Mahmud Xəlil Həması dəstəklədiyinə görə həbs edilib Məhkəmə Luiziana ştatında saxlanılan Xəlilin deportasiya qərarını təxirə salarkən, ABŞ rəhbərliyinin gələcəkdə də oxşar hərəkətlərlə müxalifəti susdurmaq planları həyata keçirdiyi bildirilib.