Amerikanın keçmiş prezidenti Donald Tramp yenə Co Baydeni tənqid edib.
Əl Aləm telekanalının məlumatına əsasən, dünən axşamdan sosial media istifadəçiləri Trampın Baydeni ələ salma videosunu izləmə rekordu qeyd ediblər.
Bu videoda Donald Tramp Ayava ştatında bir avtomobil üzərinə öz imzasını atdıqdan sonra deyib: Sizcə Co Bayden bunu bacarardımı? Məncə bacarmazdı – deyib.
3 gün əvvəl də Tramp Baydenin qatıldığı tədbirlərdə hansı istiqamətə gedəcəyini bilməməsini ələ salmışdı.
Daha əvvəl də yaşının çox olduğu üçün Co Baydeni “qoca” adlandıran Tramp bu dəfə prezidentinin unutqanlığını və sındırdığı əşyaları gündəmə gətirmiş, Nyu-Hempşirdə keçirilən mitinqdə ayaqlarını səhnədə qarışdıraraq çıxış yolunu tapmağa çalışırmış “Hara gedirəm? Çölə çıxmaq istəyirəm. Çıxış buradı, yox deyil” deyə Baydenin yolunu tapmağa çalışdığı anları xatırlatmışdı.
