Amerika mediaları keçmiş prezident Donald Trampın ölkənin nüvə sualtı gəmiləri barədə çox həssas və gizli məlumatlarını ifşa etdiyindən yazırlar.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, AB News telekanalı elan edib ki, Tramp avstraliyalı bir milyarderlə ABŞ-ın nüvə yeraltı gəmiləri barədə alınan qərarları ictimailəşdirib.
Məlumata görə 2021-ci ilin aprelində Antoni Prat adlı bu avstraliyalı milyarderlə olan danışıqların detallarını açıqlayan Tramp nüvə sualtı gəmilərinin potensiallarından danışıb.
Qeyd edək ki, Donald Trampın bu açıqlamaları Amerikanın Kəşfiyyat İdarəsi FBİ tərəfindən araşdırılmağa başlayıb və Antoni Prat bu xüsusda idarəyə çağırılıb.
