Yaponiyanın Ehime prefekturası yaxınlığında iki yük gəmisi toqquşub, onlardan biri batıb.
İki nəfərin itkin düşdüyü bildirilir.
Məlumata görə, “Koey-maru” adlı gəminin dörd nəfərdən ibarət bütün heyəti xilas edilib.
Ancaq 2,2 min ton əhəngdaşı ilə yüklənmiş “Seyryu” batıb. Gəmidə beş nəfərdən ibarət ekipaj olub. Onlardan üçü xilas edilib, iki nəfər, o cümlədən kapitan isə itkin düşüb.