Tokionun Haneda hava limanında uçuş-enmə zolağında Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsi yanmağa başlayıb.
Məlumata görə, təyyarənin mühərriklərindən biri alışıb.
Alovun eniş anında başladığı qeyd edilir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Ehtimallara görə, hava gəmisində 300 sərnişin ola bilər, onların taleyi ilə bağlı hələlik məlumat yoxdur.