Yaponiyanın Tokio şəhərinin şərqində baş verən 5,2 bal gücündə zəlzələ nəticəsində azı üç nəfər xəsarət alıb.
Yaralılar 60-80 yaş arası qadınlardır. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar və vəziyyətlərinin stabil olduğu bildirilir.
Ocağı təxminən yerin 40 kilometr dərinliyində yerləşən zəlzələ ətraf rayonlarda da hiss olunub.