Yaponiyanın “Montevideo Maru” nəqliyyat gəmisi 1 iyul 1942-ci ildə Filippin sahillərində təxminən 979 avstraliyalı əsgər və mülki şəxslə birlikdə batıb.
O, Rabaulda əsir götürülmüş hərbi əsirləri və mülki insanları daşıyırdı. Gəmi ABŞ sualtı qayığı tərəfindən torpedo ilə vurulub.
Ümumilikdə, 14 ölkədən 850 hərbçi və 210 mülki şəxs olmaqla, 1060-a yaxın əsir itkin düşüb.
Qəzanın baş verdiyi yer onilliklər ərzində sirr olaraq qalırdı.
“Montevideo Maru” Cənubi Çin dənizində 12 günlük axtarışdan sonra tapılıb.
Bildirlib ki, dağıntılara müdaxilə edilməyəcək, heç bir insan qalıqları və ya artefakt çıxarılmayacaq. “Titanik”in batdığı yerdən daha dərində yerləşən həmin ərazi tədqiqat məqsədilə qeydə alınacaq.