Rusiyanın Novosibirsk şəhərində qəfil yağan dolu sakinləri hazırlıqsız yaxalayıb.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Məlumata görə, Qərbi Sibir Hidrometeorologiya Mərkəzi havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq etsə də, tennis topu boyda dolu və leysan bir çox vətəndaşlar üçün sürpriz olub.
Bildirilir ki, təbii fəlakət maşınlara və təsərrüfata ciddi ziyan vurub.