“Telegram”ın təsisçisi Pavel Durov bildirib ki, messencerindəki ən dəyərli istifadəçi adlarının satışını təşkil etmək planlaşdırılır.
İş adamı bu barədə özünün sosial şəbəkədəki kanalında yazıb.
O, bunun üçün “Telegram” kanalında hərrac keçirmək niyyətində olduğunu açıqlayıb.
Durovun sözlərinə görə, messencerdə il ərzində boş və ya qeyri-aktiv olan kanallar silinir. Onların arasında əlverişli, qısa və yaddaqalan istifadəçi adları olanlar isə satışa çıxarılacaq.