“Telegram” messencerində min nəfərdən çox auditoriyaya malik ictimai kanalların sahibləri üçün monetizasiya tətbiq edilib.
Bu barədə resursun mətbuat xidməti məlumat yayıb.
“Telegram kanallarının müəllifləri artıq gəlirin 50%-ni nümayiş etdirilən reklamlardan əldə edə biləcəklər”, – press-relizdə bildirilir.
Şirkətdən verilən məlumata görə, yenilik mükafatları komissiyasız geri əldə etməyə imkan verəcək, pul həm də messencerdəki reklamlara, kolleksiya ünvanlarına və ya premium abunəçiliyin əldə edilməsi üçün xərclənə bilər. Kanal sahibləri üçün vəsaitin əldə edilməsi qarşıdan gələn həftələrdə “Fragment” platformasında mümkün olacaq.
“Telegram kanalları ayda 1 trilyondan çox baxış toplayırlar”, – məlumatda qeyd olunub.